20 sentyabr 2011, 12:30

Tahir İmanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizin rifahı naminə bütün sahələrə, xüsusən də mədəniyyət və incəsənət sahəsinə göstərdiyiniz daimi diqqət və qayğıya görə Sizə ürəkdən təşəkkürümü bildirirəm. Böyük minnətdarlıq hissi ilə bildirirəm ki, ölkəm və xalqım qarşısında göstərdiyim yaradıcılıq fəaliyyətimi yüksək qiymətləndirərək məni Azərbaycan Respublikasının “Əməkdar Artisti” fəxri adına layiq görmüsünüz.

Böyük şərəf hissi ilə bildirmək istəyirəm ki, bu yüksək qiymət çalışdığım kollektivdə böyük ruh yüksəkliyi yaradacaq və onun gələcək fəaliyyətinə əlavə təkan verəcəkdir. Bu fəxri adı doğruldacağıma, ölkəmizin mədəniyyət və incəsənət sahəsində gələcək dirçəlişi naminə əlimdən gələni edəcəyimə dair Sizə və xalqımıza söz verirəm.

Dərin hörmətlə,

İmanov Tahir Qorxmaz oğlu,

Azərbaycan Respublikası, Bakı şəhəri.