|
21 sentyabr 2011, 12:00
Prezident Administrasiyasının rəhbəri Yekaterinburqda təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə iştrak etmişdir
Rusiyanın Yekaterinburq şəhərindəki “Hyatt Regency” hotelində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşü keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevin başçılığı ilə Administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov və Elnur Aslanovdan ibarət nümayəndə heyəti təmsil edir. Dünyanın 65 ölkəsindən nümayəndələrin iştirak etdiyi ikigünlük görüşdə təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq, informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyi, transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaqdır. Beynəlxalq görüşdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Millətlərarası düşmənçilik və dini dözümsüzlüklə əlaqədar böhranlı hallarda ekstremizm təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın fəallaşdırılması problemləri” və “Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar” mövzularında məruzələrlə çıxış etmişdir. Tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev Türkiyənin Təhlükəsizlik Şurasının katibi Sərdar Kılıc ilə görüşmüşdür. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmiş, iki ölkənin Təhlükəsizlik şuralarının gələcək planları və əməkdaşlığı barədə fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Polşanın dövlət katibi, Milli Təhlükəsizlik Bürosunun rəhbəri Stanislav Kozey ilə də görüşmüşdür. S.Kozey azərbaycanlı həmkarını Polşaya dəvət etmiş, həmçinin iki ölkənin müvafiq qurumları arasında müqavilə imzalanmasını və əməkdaşlıq planının təsdiq olunmasını təklif etmişdir. Həmçinin Ramiz Mehdiyev Polşanın Milli Təhlükəsizlik Bürosunun katibini Azərbaycana dəvət etmişdir. Tərəflər Azərbaycanın Təhlükəsizlik Şurası və Polşanın Milli Təhlükəsizlik Bürosu arasında əməkdaşlıq haqqında müqavilə hazırlanmasına dair razılığa gəlmişlər. Görüşün sonunda Stanislav Kozey Ramiz Mehdiyevə Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalını təqdim etmişdir. ![]() 21 sentyabr 2011, 18:00
Mali Respublikasının Prezidenti Zati-aliləri cənab Amadu Tumani Tureyə
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.