|
22 sentyabr 2011, 12:00
Sevil Əmirova, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident, Bilavasitə Sizin göstərişinizlə atam, bəstəkar Fikrət Əmirovun abidəsinin Bakı şəhərinin ən gözəl guşələrinin birində ucaldılması və 2011-ci il sentyabrın 19-da abidənin açılış mərasimindəki çıxışınız mənə və bütün ailə üzvlərimə böyük təsir etmişdir. Fikrət Əmirovun unudulmaz xatirəsinə Sizin tərəfinizdən verilən qiymət və xüsusilə ümummilli liderimiz dahi Heydər Əliyevin Fikrət Əmirov haqqında fikirləri bizdə dərin təəssürat doğurmuşdur. Fikrət Əmirov həyatının ən ağır və mürəkkəb anlarında ümummilli liderimizin ona daim dəstək olduğunu dəfələrlə vurğulayaraq bu diqqət və dəstəyin onun fəaliyyətinə təsirini çox yüksək qiymətləndirirdi. Fürsətdən istifadə edərək Sizə və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya Fikrət Əmirovun timsalında Azərbaycanın mədəni irsinin qorunub saxlanılmasına yönəldilmiş şərəfli fəaliyyətinizə görə hədsiz minnətdarlığımı bildirirəm. Dərin hörmət və ehtiram hissi ilə,
Sevil Əmirova. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.