|
22 sentyabr 2011, 12:00
Daşkəsən rayon təhsil işçilərindən, Daşkəsən, Azərbaycan
Möhtərəm cənab Prezident! Siz, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi bütün fəaliyyətinizi Azərbaycan xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmişsiniz. Sizin prezidentliyiniz dövründə ölkəmizin şəhər və kəndlərində quruculuq və abadlıq işləri insanı heyrətə gətirir. Dünya standartlarına uyğun səhiyyə müəssisələrinin, təhsil ocaqlarının tikintisi, iqtisadiyyatın sürətli inkişafı bizim qəlbimizi qürur hissi ilə doldurur. Daşkəsənə tarixi səfəriniz hər birimizin yaddaşına əbədi həkk olunmuşdur. Son illərdə Daşkəsəndə 6 yeni məktəb binasının tikilib istifadəyə verilməsi, uşaq baxçaları, idman qurğularının müasir üslubda əsaslı təmir edilməsi, yeni iş yerlərinin açılması Sizin rayonumuza göstərdiyiniz qayğı və diqqətin əyani təcəssümüdür. Bu günlərdə yeni xeyir-şər evinin istifadəyə verilməsi rayonumuzun bütün sakinlərini ürəkdən sevindirmişdir. Biz, rayon təhsil işçiləri ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsi uğrunda əzmkar mübarizəni dəstəkləyir və Sizin siyasi fəaliyyətinizi ürəkdən bəyənirik. Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayırıq.
Dərin hörmətlə, 22 sentyabr 2011, 16:30
Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həmid Kərzaiyə
more...
AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.