|
24 sentyabr 2011, 14:30
İlham Əliyev Quba avtovağzalının açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Quba avtovağzalının yeni binasının açılışında iştirak etmişdir. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, son illər ölkənin nəqliyyat sisteminin təkmilləşdirilməsi, sərnişindaşımalarının beynəlxalq səviyyədə qurulması istiqamətində mühüm layihələr icra olunur. Bu istiqamətdə nəinki paytaxt Bakıda, eyni zamanda regionlarda müasir standartlara cavab verən avtovağzalların tikintisinə başlanılmışdır. Bu avtovağzallardan biri də Quba şəhər avtovağzalıdır. Diqqətə çatdırıldı ki, müasir memarlıq üslubunda inşa olunan avtovağzalın tikinti sahəsi 522 kvadratmetrdir. Avtovağzal binasının fasiləsiz elektrik enerjisi və daimi su ilə təmin olunması məqsədilə transformator stansiyası, su anbarı və nasosxana tikilmişdir. Ərazidə yaşıllıq salınmış, dekorativ ağaclar əkilmişdir. Avtovağzal binasında sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılmış, müasir havalandırma sistemi quraşdırılmışdır. Prezident İlham Əliyevə bildirildi ki, avtovağzal kompleksinin ərazisində əsas və köməkçi binalar inşa olunmuşdur. Binanın birinci mərtəbəsi əsas girişdən, ana və uşaq otağından, perrona iki çıxışdan, kassa otağından, kafedən, sahəsi 133 kvadratmetr olan zaldan ibarətdir. Binanın ikinci mərtəbəsində isə sahəsi 68,8 kvadratmetr olan iclas zalı, istirahət guşəsi və inzibati otaqlar yerləşir. İkimərtəbəli avtovağzal binasının fasadı yüngül profilli metal konstruksiyadan, şüşə və alkopon materialdan inşa edilmişdir. Daxili divarlar və arakəsmələr isə mişar daşı və kərpicdən tikilmişdir. Diqqətə çatdırıldı ki, avtovağzal paytaxt Bakıya və əks istiqamətdə, o cümlədən Rusiyaya gedən avtobusların və sərnişinlərin buradan yüksək səviyyədə istifadəsi üçün bütün lazımi avadanlıqla təchiz edilmişdir. 2011-ci ilin “Turizm ili” elan edilməsi və Quba rayonunun da turizm baxımdan cəlbedici ərazi olması buraya turistlərin axınını surətləndirmişdir. Yeni avtovağzalın inşası isə rayona gələn turistlərin də rahatlığına xidmət edəcəkdir. Prezident İlham Əliyev avtovağzalda avtobuslarla tanış oldu. Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi. ![]() 24 sentyabr 2011, 14:20
İlham Əliyev Qubada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.