|
24 sentyabr 2011, 14:40
İlham Əliyev Qubanın Əski-İqriq kəndində beşulduzlu “Riksos” otelinin tikintisi ilə tanış olmuşdur
Prezident İlham Əliyev Qubanın Əski-İqriq kəndində beşulduzlu “Riksos” otelinin tikintisi ilə tanış olmuşdur. Dövlət başçısı otelin tikinti layihəsinə baxdı. Bildirildi ki, obyektin ərazisi 65 hektardır. Baş plana əsasən ərazidə otel kompleksinin zirzəmi ilə birlikdə 8 mərtəbəli binası, 16 kottec, ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar inşa ediləcəkdir. 200 yerlik otel kompleksində restoranlar, hovuz, idman meydançası və köməkçi obyektlər də olacaqdır. Hazırda otel kompleksinin baş binasında monolit-dəmir beton konstruksiyalardan ibarət karkas quraşdırılır. Bununla yanaşı, ərazidə torpaq işləri görülür. Prezident İlham Əliyev otelin tikintisini əks etdirən videoçarxa baxdı. Dövlət başçısı, həmçinin tikintidə istifadə olunan materialların nümunələrinə baxdı, inşası başa çatdırılan kotteclərdən biri ilə tanış oldu. İkimərtəbəli kottec bütün lazımi avadanlıq və məişət əşyaları ilə təmin olunmuşdur. Burada istirahət, yataq otaqları ilə yanaşı, kiçik idman zalı da vardır. Prezident İlham Əliyev otelin inşası ilə bağlı tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.