|
24 sentyabr 2011, 14:50
İlham Əliyev Qubada Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Şahmat Məktəbinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev uba rayonuna səfəri çərçivəsində Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuş, Şahmat Məktəbinin açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə şəhərin Səməd Vurğun və Qasım İsmayılov küçələrinin kəsişməsində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Parkın ərazisini gəzən Prezident İlham Əliyevə burada aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda ictimai iaşə və sosial obyektlərin yenidən qurulması və fasad hissələrinin plitələrlə üzlənməsi işləri görülmüşdür. Parkın ərazisinə daxil olan və Quba şəhəri ilə Qırmızı Qəsəbəni birləşdirən pilləkən kompleksi yenidən qurulmuş, əraziyə daxil olmaq üçün iki giriş qapısı inşa edilmiş və həmin qapılar ağlay materialı ilə üzlənmişdir. Parkın yenidən qurulması ilə əlaqədar 3,5 min kvadratmetr sahəyə tamet plitə döşənmiş, 800 kvadratmetrlik yaşıllıq sahəsi salınmış, açıq havada xalqımızın görkəmli şəxsiyyətlərinin heykəllərindən ibarət “Şəxsiyyətlər muzeyi” yaradılmışdır. Burada, həmçinin Nizami Gəncəvinin əsərlərinin reproduksiyası əsasında 16 panno, yeni işıqlandırma və suvarma sistemləri qurulmuşdur. Qeyd edildi ki, Şahmat Məktəbinin fasadı üzlük ağlay daşları və şəbəkə ilə üzlənmiş, parkın ərazisində hündürlüyü 18 metr olan qala yaradılmışdır. Qalanın üzərində 12 metr hündürlüyündə Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmışdır. Ərazisi 2,25 hektar olan Nizami adına mədəniyyət və istirahət parkında yerləşən birmərtəbəli Şahmat Məktəbinin köhnə binası sökülmüş, yerində müasir tələblərə cavab verən ümumi sahəsi 800 kvadratmetr olan ikimərtəbəli yeni bina inşa edilmişdir. Prezident İlham Əliyev Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi. Top fiquru formasında inşa olunan Şahmat Məktəbinin binası parka xüsusi gözəllik verir. 2010-cu ilin aprel ayından inşasına başlanılan məktəbin birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə şahmatın inkişafına və şahmatçılara göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır. Burada 1983-cü ildə fəaliyyətə başlayan Quba Şahmat Məktəbinin və onun yetirmələrinin əldə etdikləri nailiyyətlər, kubok və diplomlar nümayiş olunur.
Məktəbin birinci mərtəbəsində kompyuter salonu və 6 məşğələ otağı fəaliyyət göstərir. Bütün otaqlar simsiz internet şəbəkəsi ilə təmin edilmişdir. İkinci mərtəbədə 300-350 idmançının eyni vaxtda mübarizə apara biləcəyi zal vardır. Zalda keçirilən yarışları monitorlar vasitəsilə də izləmək mümkündür. Burada məşğələ otaqları və inzibati otaqlar yerləşir. Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tövsiyə və tapşırıqlarını verdi. ![]() 24 sentyabr 2011, 14:40
İlham Əliyev Qubanın Əski-İqriq kəndində beşulduzlu “Riksos” otelinin tikintisi ilə tanış olmuşdur
more...
24 sentyabr 2011, 16:00
İlham Əliyev Quba-Qəçrəş-Qımılqazma yolunun açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.