|
24 sentyabr 2011, 16:40
İlham Əliyev Qubada meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olmuşdur
Prezident İlham Əliyev “İKAR-S” MMC tərəfindən Qubada inşa edilən meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksi ilə tanış olmuşdur. Məlumat verildi ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu respublikanın regionlarında meyvə-tərəvəz məhsullarının saxlanılması üçün ümumi dəyəri 114,8 milyon manat, kredit tələbatı 64,3 milyon manat və tutumu 108,1 min ton olan 32 soyuducu anbar kompleksini maliyyələşdirmişdir. Bu layihələrdən 18-i başa çatdırılaraq istifadəyə verilmişdir. Digər layihələrin isə inşası davam etdirilir. Dövlət başçısı kompleksin ərazisindəki alma bağı ilə tanış oldu. Bildirildi ki, sahibkarlıq subyekti tərəfindən 145 hektar ərazidə məhsuldar alma bağları salınmışdır. Bu bağlardan ildə 45-50 tonadək yüksək keyfiyyətli alma yığılır. Hazırda Quba rayonunda alma istehsalı 110 min ton təşkil edir. Son 6 il ərzində rayonda intensiv salınan alma bağlarının sahəsi 583 hektardır. 2011-ci ilin birinci yarısında salınan belə bağların sahəsi isə 72 hektar təşkil edir. Bağda yerli və xarici alma növləri yetişdirilir. Prezident İlham Əliyev anbarda yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu layihənin maliyyələşdirilməsinə 2,9 milyon manat güzəştli kredit verilmişdir. İnvestisiya layihəsi üzrə rayonun Vəlvələ kəndinin 3,2 hektar ərazisində Almaniya istehsalı olan soyutma sistemləri və Hollandiyanın “ULO” sistemləri ilə təchiz edilən, tutumu 6 min ton olan soyuducu anbar, laboratoriya və digər köməkçi binalar tikilmişdir. Layihənin icrasına 2010-cu ilin yanvarında başlanmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Layihənin icrası nəticəsində 54 nəfər işlə təmin edilmişdir. Komplekslə tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verdi. ![]() 24 sentyabr 2011, 17:00
İlham Əliyev Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi ilə tanış olmuşdur
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.