Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Naziri Zati-aliləri cənab Devid Kamerona

Text size Plus Minus

12 may 2010, 15:06

Hörmətli cənab Baş nazir,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimizi birləşdirən dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız öz inkişaf dinamikası ilə səciyyələnir.

Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının hasilatı və dünya bazarlarına nəqli sahəsində transmilli layihələrin gerçəkləşməsində birgə səmərəli fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz, dostluq və əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Cənab Baş nazir, bir daha Sizə təbriklərimi və ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 may 2010-cu il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi