|
30 sentyabr 2011, 14:30
İlham Əliyev Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitində iştirak etmişdir
Polşanın paytaxtı Varşavada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammiti keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir. Sammitin iştirakçıları birgə foto çəkdirdilər. Avropa İttifaqı ölkələrinin, eləcə də “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi sammiti hazırda təşkilata sədrlik edən Polşanın Baş naziri Donald Tusk giriş sözü ilə açaraq qonaqları salamladı, “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyəti haqqında danışdı. Bildirildi ki, sammitin keçirilməsində əsas məqsəd “Şərq tərəfdaşlığı” ölkələrinin Avropaya inteqrasiyasının sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsidir. Bir çox vacib ikitərəfli görüşlərin keçirilməsi baxımından da əhəmiyyətli olan sammitdə əməkdaşlığın siyasi və iqtisadi aspektləri, prioritet proqramlar, Avropanın maliyyə institutları ilə əməkdaşlıq, viza rejimi və digər məsələlər ətrafında müzakirələr aparıldı. Sonra Avropa İttifaqının “Şərq tərəfdaşlığı” sammitində birgə bəyannamə qəbul edildi. İki ildən bir təşkil edilən “Şərq tərəfdaşlığı” sammiti ilk dəfə 2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilmişdir. “Şərq tərəfdaşlığı” Proqramı da məhz həmin sammitdə qəbul edilmişdir. “Şərq tərəfdaşlığı” təşəbbüsü 2008-ci il mayın 26-da Avropa İttifaqının Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. ![]() AXTAR:
XƏBƏRLƏR:
25 may 2013, 12:30
İlham Əliyev Dağüstü parkda yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur
24 may 2013, 16:00
İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul etmişdir
24 may 2013, 12:30
İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Xətai “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir
23 may 2013, 16:50
İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və hazırkı sədrinin xüsusi nümayəndəsini qəbul etmişdir
23 may 2013, 16:00
İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.