Gerb

30 iyun 2010, 11:32

Hörmətli xanım General-Qubernator,

Ölkənizin milli bayramı – Kanada günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-Kanada münasibətlərinin bugünkü inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 24 iyun 2010-cu il.