|
04 oktyabr 2011, 18:00
Şahlar Əsgərovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident! İctimai siyasi fəaliyyətimi yüksək qiymətləndirərək mənə Prezidentin fərdi təqaüdünü verdiyinizə görə, Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Mən həm ictimai-siyasi, həm də elmi-pedaqoji fəaliyyətimdə Sizin qayğınızı həmişə hiss etmişəm. Qeyd etmək istəyirəm ki, mənim ictimai-siyasi fəaliyyətim ulu öndər Heydər Əliyevə “91-lərin” məşhur müraciəti ilə başlayır. Bu illər ərzində mən birmənalı olaraq, daim Heydər Əliyev siyasətinin, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır” - amalının yorulmaz daşıyıcısı olmuşam. Cənab Prezident! Ulu öndər Heydər Əliyevin banisi və qurucusu olduğu dövlətimizin sükanının etibarlı əllərdə olmasını bütün dünya etiraf edir. Sizin siyasətinizin strateji xətti olan -“qara qızılı insan kapitalına çevirmək” - ideyanız günbəgün həyatda öz təsdiqini tapır və bu səbədən də insan potensialının inkişafı Azərbaycanda hər il yüksəlir. Sizin bu Sərəncamınız məni həm də bir alim kimi ruhlandırır. Müstəqil Azərbaycanımızın XXI əsrdə inamla irəlilədiyi bir zamanda yaşadığımız dövrün çətinliklərinə, problemlərinə baxmayaraq, Sizin rəhbərliyiniz sayəsində Azərbaycan iqtisadiyyatı uğurlu inkişaf yolu keçir. Bu illərdə Azərbaycanın ictimai-iqtisadi həyatının bütün sahələrində əsaslı dönüş yaranmış, böyük uğurlar və nailiyyətlər qazanılmışdır. Əziz Prezidentim! Fəaliyyətimə verdiyiniz bu ali qiymətə görə, Sizə öz adımdan, ailəm və övladlarım adından bir daha dərin minnətdarlıq bildirirəm!
Dərin hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.