Gerb

08 oktyabr 2011, 15:00

Möhtərəm cənab Prezident,

Bu günlərdə bizi rayonun ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı fəaliyyətimizə görə təltif etməyiniz barədə xəbəri çox həyəcanla və məmnunluqla eşitdik. Əlbəttə bu təkcə bizə deyil, bu günlərdə rayonumuzun yaranmasının 80 illiyini qeyd edən bütün sabirabadlılara göstərdiyiniz diqqət və qayğının təzahürüdür.

Möhtərəm cənab Prezident!

Bütün bunlara görə, öz adımızdan və rayon ictimaiyyəti adından Sizə möhkəm cansağlığı və Azərbaycanın xilaskarı Heydər Əliyev ideyalarının alternativsiz davamçısı kimi son dərəcə məsuliyyətli və şərəfli işinizdə Sizə uğurlar diləyirik.
Allah Sizi qorusun.

Hörmətlə,

Ağayev Mirnizami Seyidağa oğlu, Aslanov Əflan Aslan oğlu, Əskərova Şüküfə Məmmədtağı qızı,
Möhsünzadə Rasimə Mirmurtuza qızı və başqaları. Cəmi: 17 imza.

Azərbaycan Respublikası, Sabirabad rayonu, H.Həmidov küç. 13. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR