|
10 oktyabr 2011, 18:50
İlham Əliyev və Mehriban xanım Əliyeva UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər
Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər. Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətinə toxunan UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura son illər ölkəmizdə çox mühüm humanitar təşəbbüslərin həyata keçirildiyini vurğuladı. Koişiro Matsuura dünyanın görkəmli alimlərinin və ictimai xadimlərinin Forumda iştirakını tədbirə olan beynəlxalq marağın ifadəsi kimi qiymətləndirdi. Dövlət başçısı UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranı yenidən ölkəmizdə görməyindən məmnunluğunu bildirdi. Bakı Beynəlxalq Humanitar Forumunu əhəmiyyətli hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev ölkəmizin artıq beynəlxalq humanitar təşəbbüslərin mərkəzinə çevrildiyini vurğuladı. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.