|
10 oktyabr 2011, 21:30
İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak etmişdir
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə “Buta” sarayında rəsmi ziyafət verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər. Mərasim iştirakçıları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Prezident İlham ƏLİYEV ziyafət iştirakçılarını salamlayaraq dedi: - Hörmətli qonaqlar, əziz dostlar. Mən sizin hamınızı bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz! Bu gün Birinci Bakı Beynəlxalq Humanitar Forumu öz işini uğurla davam etdirib. Birinci gün çox uğurlu oldu. Forum çərçivəsində səslənən fikirlər humanitar sahədə əməkdaşlığa böyük töhfə verdi. Mən Forumda çıxış etmiş bütün natiqlərə dərin minnətdarlığımı bildirmək istəyirəm. Forum sabah da davam edəcəkdir. Sabah müxtəlif seksiyalarda biz dəyərli və maraqlı çıxışları dinləyəcəyik. Bir sözlə, mən çox şadam ki, bu Forum xalqları birləşdirən Forum oldu. Bu Forum dünyada xoşniyyətli qüvvələri bir araya gətirən Forum oldu. Mən ümid edirəm ki, bu Forumun çox gözəl nəticələri olacaqdır. Bu Forumda iştirak etmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Xüsusilə, mənim həmkarlarımı – sabiq prezidentləri səmimiyyətlə salamlayıram. Beynəlxalq təşkilatların rəhbərlərini salamlayıram. Görkəmli dövlət xadimləri, ictimai xadimlər, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin üzvləri, jurnalistlər – bu gün bizim aramızdadırlar. Onlar bizim qonaqlarımızdır. Hesab edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumu dünya miqyasında özünə layiq yerini tutacaqdır. Ümid edirəm ki, bu Forumun gələcəyi çox gözəl olacaqdır. X X X Sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti oldu. ![]() Böyük ölçüdə AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.