Gerb

11 oktyabr 2011, 18:00
W1siziisijiwmtuvmdyvmtuvoxj2c3vxewlmzf84nta2lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=75b0b7e2a438fbcd

Prezident İlham Əliyev ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun Fiziki Biologiya Mərkəzinin direktoru, kimya üzrə Nobel mükafatı laureatı, kimya və fizika elmləri üzrə professor Əhməd Zevaylı qəbul etmişdir.

Nobel mükafatı laureatı, professor Əhməd Zevayl Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə toxunan Əhməd Zevayl Forumda Azərbaycan Prezidenti İlham Əliyevin nitqini, xüsusilə dövlət başçısının elmlə, təhsillə bağlı fikirlərini yüksək qiymətləndirdi. O, ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.

Dövlət başçısı Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyinə görə qonağa təşəkkürünü bildirdi. Prezident İlham Əliyev bu cür tədbirlərin beynəlxalq əməkdaşlıq, qarşılıqlı anlaşma baxımından önəmini qeyd etdi. Azərbaycanı müasir ölkə kimi inkişaf etdirməyin qarşıya məqsəd qoyulduğunu deyən dövlət başçısı buna elmin, təhsilin yüksəlişi sayəsində çatmağın mümkün olduğunu vurğuladı.