14:08
Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13 oktyabr 2011, 18:30Müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni parlaq səhifə açmışdır. Onun dünyanın mötəbər muzeylərində və qalereyalarında saxlanılan, müxtəlif sərgilərdə nümayiş etdirilən tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırmışdır.
Tahir Salahovun öz yaradıcılığının bütün qiymətli nümunələrini və arxivini dövlətə təmənnasız hədiyyə etmək arzusu ömrünü milli mədəniyyətin zənginləşməsinə həsr etmiş böyük bir sənətkar tərəfindən atılan müdrik addım kimi dəyərləndirilməlidir.
Xalq rəssamı Tahir Salahovun Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Tahir Salahovun özünün rəsm əsərlərindən ibarət kolleksiyasını və şəxsi arxivini Azərbaycan dövlətinə bağışlaması təklifi nəzərə alınmaqla, iki ay müddətində Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi, 55/3-cü İlyas Əfəndiyev döngəsi, 1 ünvanında Tahir Salahovun ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 oktyabr 2011-ci il.
14:08
23:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:1321:00
20:48
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:4816:40
11:50
16:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:5816:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:5616:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:5416:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:5216:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:5016:55
2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55