Gerb

01 iyul 2010, 15:07

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilsin:

Əliyev Ərziman Mikayıl oğlu -Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis polkovniki

Əliyev İsmət Rəşid oğlu -Baş Kadrlar İdarəsinin rəisi, polis polkovniki

Şirinov Həsən Kamil oğlu -Bakı şəhər Baş Polis İdarəsi rəisinin müavini, polis polkovniki.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2010-cu il.