İlham Əliyev Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanı qəbul etmişdir

18 oktyabr 2011, 18:30
İlham Əliyev Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanı qəbul etmişdir

Prezident İlham Əliyev Ekvador Respublikasının xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ekvadordan ilk dəfə nazirlər səviyyəsində ölkəmizə nümayəndə heyətinin gəldiyini vurğulayan Prezident İlham Əliyev bu cür səfərlərin sayının artacağına və bu səfərin ölkələrimiz arasında fəal münasibətlərin əsasının qoyulması işinə xidmət edəcəyinə ümidvar olduğunu dedi. Dövlətimizin başçısı ekvadorlu nazirin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini ifadə etdi.

Nazir Rikardo Armando Patinyo Arokan Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırdı. Rikardo Armando Patinyo Arokan Azərbaycana ilk səfərindən məmnunluğunu bildirdi. Ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayan nazir bu səfərin Azərbaycan ilə Ekvador arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağını dedi.

Dövlətimizin başçısı Ekvador Respublikasının Prezidenti Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvadorun dövlət başçısına çatdırmağı xahiş etdi.