Gerb

02 iyul 2010, 15:40
562

Prezident İlham Əliyev Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağının ikinci kompleksinin açılışında iştirak etmişdir.

Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yeni yol qovşağının texniki göstəriciləri haqqında məlumat verdi.

Bildirildi ki, Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən magistral yol ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki Böyükşor yol qovşağının ikinci kompleksinin ümumi uzunluğu 1194 metrdir. Bura 5 körpü, körpü yanaşmaları və digər yol qovşaqları daxildir. Azərbaycanda ilk dəfə olaraq bu yol qovşağında dəmir tağlar tətbiq olunmuşdur.

Dövlət başçısı yol qovşağının layihəsinə və fotoşəkillərə baxdı.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, inşaatçıları təbrik edərək onlara uğurlar arzuladı.

Loader

Böyük ölçüdə

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR