18:25

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasından sonra Prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olmuşdur.
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasının Protokolu”nu Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meteorologiya sahəsinə dair Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən isə Meteorologiya Baş İdarəsi baş direktorunun müavini Əli Karataş imzaladılar.
“Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Türkiyənin Anadolu Agentliyi (AA) arasında Əməkdaşlıq Sazişi”ni Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən isə Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meşə təsərrüfatı sahəsinə dair Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən meşəçilik idarəsinin baş direktoru Mustafa Kurtulmuşlu imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında mətbuat və informasiya sahələrində əməkdaşlıq Protokolu”nu Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin baş direktoru Murat Karakaya imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan tərəfdən səfir Faiq Bağırov, Türkiyə tərəfdən Polis Akademiyasının rəisi Zühtü Arslan imzaladılar.
“Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”nin ratifikasiya fərmanlarının mübadiləsi haqqında Protokol”u Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu imzaladılar.
“Azərbaycan Diplomatik Akademiyası və Türkiyə Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov və Türkiyə tərəfdən xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu”nu Azərbaycan tərəfdən sənaye və energetika naziri Natiq Əliyev, Türkiyə tərəfdən enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi”ni Azərbaycan tərəfdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, Türkiyə tərəfdən “BOTAŞ” şirkətinin icraçı direktoru Fazıl Şenel imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi”ni Azərbaycan tərəfdən “bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir, Türkiyə tərəfdən “BOTAŞ” şirkətinin icraçı direktoru Fazıl Şenel imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Çərçivə Anlaşması Sazişi”ni Azərbaycan tərəfdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev, “bp-Azərbaycan” şirkətinin prezidenti Rəşid Cavanşir, Türkiyə tərəfdən “BOTAŞ” şirkətinin icraçı direktoru Fazıl Şenel imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”i Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Türkiyə tərəfdən iqtisadiyyat naziri Zəfər Çağlayan imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ailə və sosial siyasət sahəsində Əməkdaşlıq Protokolu”nu Azərbaycan tərəfdən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Türkiyə tərəfdən ailə və sosial siyasət naziri Fatma Şahin imzaladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il avqustun 31-də Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Liderlər 8 avqust 2025-ci il tarix...
31 avqust 2026, 14:55
Hörmətli xanım Prezident,
Trinidad və Tobaqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
İnanıram ki, Azərbaycan ilə ...
31 avqust 2026, 11:06Əlahəzrət,
Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış, dostluq və qarşıl...
31 avqust 2026, 11:05Hörmətli Sadır Nurqojoyeviç,
Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu gün Qırğızıstan Sizin rəhbərl...
31 avqust 2026, 11:04Hörmətli cənab Prezident,
Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adınd...
31 avqust 2026, 10:30Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
Əlamətdar ildönümü - Özbəkistan Respublikasının müstəqilliyinin 35 illiyi münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqda...
29 avqust 2026, 11:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərd...
27 avqust 2026, 15:35