|
30 oktyabr 2011, 12:00
İlham Əliyev Ağdaşda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir
Prezident İlham Əliyev Ağdaş rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağdaş şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Azərbaycan Prezidentinə Heydər Əliyev abidə kompleksində aparılan yenidənqurma işləri barədə məlumat verildi. Qeyd olundu ki, 7 hektar ərazini əhatə edən kompleksdə əsaslı abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Kompleksdə 30 metr hündürlüyündə Dövlət Bayrağı ucaldılmış, mərmər lövhələrdə dövlət atributları, tarixi keçmişimizi əks etdirən memarlıq elementləri yaradılmışdır. Müasir dizaynı ilə seçilən fəvvarələr kompleksə xüsusi gözəllik verir. Kompleksin ərazisindəki Heydər Əliyev Mərkəzi əsaslı yenidənqurmadan sonra xüsusi görkəm almışdır. Mərkəz istər tərtibat, istərsə də forma baxımından diqqəti cəlb edir. Bildirildi ki, 2011-ci ildə əsaslı yenidənqurma işləri aparılmış mərkəzdəki muzeyin 9 bölməsində ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətini əks etdirən 200-dən çox eksponat nümayiş etdirilir. Orijinallığı ilə seçilən eksponatlar xalqımızın ümummilli lideri Heydər Əliyevin mənalı həyatını və zəngin fəaliyyətini dolğun əks etdirir. Eksponatlardan da göründüyü kimi, ümummilli lider hələ sovetlər dövründə böyük uzaqgörənliklə və müdrikliklə Azərbaycanın gələcək müstəqilliyinə əsaslı zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanı sürətli inkişaf yoluna çıxarmışdır. Burada üç böyük salondan ibarət möhtəşəm kompleks yaradılmışdır. Salonlarda elektron kitabxana, ideoloji mərkəz, muzey, uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. ![]() 29 oktyabr 2011, 20:00
İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.