|
30 oktyabr 2011, 12:30
İlham Əliyev Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində oktyabrın 30-da Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Dövlət başçısı yolun texniki-iqtisadi göstəricilərini, təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş–Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, yol “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində inşa olunmuşdur. Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu yolu “Azəryolservis” ASC inşa etmişdir. Qeyd edilmişdir ki, əsaslı şəkildə bərpa olunmuş Ağdaş-Ləki avtomobil yolu Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrini Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 238-ci kilometri ilə birləşdirir. Tamamilə yeniləşən, müasir görkəm alan və keyfiyyəti ilə seçilən bu yol respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir. Məlumat verildi ki, asfalt-beton örtüklü yolun yatağının eni 12, ikizolaqlı hərəkət hissəsinin eni isə 7 metrdir. Yenidənqurma işlərində 30 min tonadək asfalt-beton qarışığından istifadə olunmuşdur. Cari ilin iyulunda başlanan bərpa işləri oktyabrda başa çatdırılmışdır. Müasir tələblərə cavab verən yeni yolda müvafiq təhlükəsizlik nişanları və avadanlıq quraşdırılmışdır. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi. ![]() 30 oktyabr 2011, 12:00
İlham Əliyev Ağdaşda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdir
more...
30 oktyabr 2011, 13:00
İlham Əliyev Ağdaş rayon mərkəzi xəstəxanasının açılışında iştirak etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.