İlham Əliyev Ağdaş rayon mərkəzi xəstəxanasının açılışında iştirak etmişdir

30 oktyabr 2011, 13:00
İlham Əliyev Ağdaş rayon mərkəzi xəstəxanasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Ağdaşa səfəri çərçivəsində mərkəzi rayon xəstəxanasının açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, xəstəxana binasının təməli ötən il fevralın 12-də Prezident İlham Əliyevin Ağdaş rayonuna səfəri zamanı qoyulmuşdur. Yüz çarpayılıq xəstəxana kompleksində tikintinin ümumi sahəsi 22 min 500 kvadratmetrdir. Altı korpusdan ibarət üçmərtəbəli səhiyyə ocağında 100 nəfərədək tibb heyəti çalışır.

Prezident İlham Əliyev poliklinika şöbəsi ilə tanış oldu. Bildirildi ki, müasirliyi ilə seçilən poliklinika şöbəsi ən müasir avadanlıqla təchiz olunmuşdur. Burada operativ və yüksək səviyyədə tibbi xidmət üçün hərtərəfli şərait yaradılmışdır. Hemodializ avadanlığı ən son elmi-texniki yeniliklərə əsaslanır. Burada 8 xəstənin eyni zamanda qəbulu mümkündür. Hemodializ prosedurunun yerinə yetirilməsi zamanı xəstələr televizorda verilişlərə baxa, onlar üçün yaradılan hərtərəfli şəraitdən istifadə edə bilərlər. Ultrasəs müayinə cihazları da dünyanın ən inkişaf etmiş ölkələrində istifadə edilən tibbi avadanlıqlardandır. Həkim otaqlarında da tibbi xidmətin yüksək səviyyədə aparılması üçün hərtərəfli imkanlar yaradılmışdır.

Diaqnostika şöbəsi ilə tanışlıq zamanı bildirildi ki, burada yaradılmış hərtərəfli şərait müalicə və müayinə işinin yüksək səviyyədə təşkilinə imkan verir. Diqqəti cəlb edən məqamlardan biri buradakı bütün müasir avadanlığın yerli mütəxəssislər tərəfindən quraşdırılmasıdır.

Prezident İlham Əliyev xəstəxananın əməliyyat blokunda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, burada bütün əməliyyatlar xüsusi paneldən Azərbaycan dilində idarə edilir. Xəstəxananın reanimasiya şöbəsində isə eyni vaxtda 7 xəstə yerləşdirilə bilər.

Sonra dövlətimizin başçısı palataları gəzdi. Bildirildi ki, palatalardakı şərait dünyanın inkişaf etmiş ölkələrinin müalicə müəssisələrindən geri qalmır. Tibb ocağının stasionarında eyni vaxtda 100 xəstəyə xidmət göstərilə bilər. Təcili tibbi yardım şöbəsi də hər cür avadanlıqla təmin edilmişdir. Burada xəstələrə operativ qaydada yardım göstərilməsi üçün zəruri şərait yaradılmışdır. Xəstəxananın müasirliyi ilə seçilən akt zalı da vardır.

Səhiyyə ocağında yaradılmış şəraitlə tanış olan Prezident İlham ƏLİYEV rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü, onları təbrik edərək dedi:

- Sizi Ağdaş rayon xəstəxanasının açılışı münasibətilə ürəkdən təbrik edirəm. Gözəl hadisədir. Xəstəxananın tikintisi bir il bundan əvvəl başlanmışdı. Mən çox şadam ki, qısa müddət ərzində Ağdaşda çox gözəl, müasir xəstəxana tikilib istifadəyə verilmişdir.

Bildiyiniz kimi, ölkəmizin hər bir yerində yeni tibb ocaqları yaradılır, xəstəxanalar, poliklinikalar tikilir. O cümlədən indi Ağdaşda da dünya səviyyəsinə uyğun, gözəl xəstəxana yaradılmışdır. Xəstəxana ilə tanış olarkən gördüm ki, həm gözəl, keyfiyyətlə, zövqlə tikilib, eyni zamanda, burada dünyanın ən müasir avadanlığı quraşdırılıbdır. İndi bu xəstəxanada işləmək üçün çox gözəl şərait vardır. Əsas odur ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olsun.

Ölkəmizdə bütövlükdə səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük islahatlar aparılır, böyük işlər görülür. Hər bir bölgədə yeni, müasir xəstəxanalar tikilməkdədir. Bakının özündə əvvəlki dövrdə tikilmiş xəstəxanalar əsaslı təmir edilir, yeni xəstəxanalar tikilir və kadr hazırlığı ilə bağlı yeni təkliflər irəli sürülür. Burada işləyən həkimlər treninq keçmişlər, təcrübələrini artırmışlar. Elə etməliyik ki, burada göstərilən tibbi xidmət yüksək səviyyədə olsun.

Bu xəstəxananın açılışı bir daha onu göstərir ki, ölkəmizin inkişafı hərtərəflidir. Hər bir bölgə inkişaf edir, hər bir bölgədə insanların yaşayışı üçün lazım olan bütün məsələlər həllini tapır. Mən keçən il burada olarkən sizinlə bərabər Olimpiya Kompleksinin açılışını qeyd etdik. Ağdaş rayonunun su təchizatının birinci mərhələsini qeyd etdik. İndi Ağdaşda bu layihə davam edir, digər layihələr icra olunur və bütövlükdə rayonun siması dəyişilir. Ağdaş indi müasir, gözəl rayona çevrilməkdədir. İstirahət etmək, yaşamaq, işləmək üçün bütün şərait vardır.

Qazlaşdırılma sürətlə gedir. Mənə verilən məlumata görə, son vaxtlar yeni qəsəbələr, yeni yaşayış məntəqələri qazlaşdırılıbdır. Elə etməliyik ki, yaxın iki il ərzində rayonun bütün kəndləri qazlaşdırılsın. Elektrik enerjisi ilə təchizatda problemlər çoxdan aradan qaldırılmışdır. İndi içməli su, kanalizasiya layihələri icra edilir. Bu layihələr də əminəm ki, yaxın zamanlarda başa çatacaqdır. Yollar çəkilir, buraya gəlməzdən əvvəl Ləki-Ağdaş avtomobil yolunun açılışını qeyd etdik. Bu da çox gözəl yoldur. Həm bir neçə kəndi birləşdirir, eyni zamanda, rayon mərkəzinə də rahat gəlmək mümkündür.

Növbəti illərdə rayonun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaqdır. Bildiyiniz kimi, həm dövlət büdcəsində vəsait nəzərdə tutulur, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan bölgələrin inkişafı üçün vəsait ayrılır ki, hər bir rayon, hər bir şəhər, hər bir kənd abadlaşsın və yaşamaq üçün şərait daha da yaxşı olsun.

Ümid edirəm ki, yaxın zamanlarda ölkə qarşısında duran bütün vəzifələr, xüsusilə bölgələrin inkişafı ilə bağlı olan bütün vəzifələr icra ediləcəkdir. Bu günə qədər görülmüş işlər deməyə əsas verir ki, biz hədəfimizə çatacağıq. Çünki regionların sosial-iqtisadi inkişafı proqramının uğurla icra edilməsi nəticəsində bölgələrdə böyük dərəcədə dəyişikliklər baş vermişdir. Canlanma, inkişaf vardır, bölgələr indi çiçəklənir. Bu, gördüyümüz işlərin, qəbul edilmiş proqramların nəticəsidir. Bütün bu işlərin təməlində insan amili dayanır və buna görə səhiyyə məsələlərinin həllinə çox böyük diqqət göstərilir. Hər bir sahəyə diqqət göstərilir. İndi məktəblər tikilir, yollar çəkilir, yeni müəssisələr işə salınır. Ancaq insanların sağlamlığı birinci dərəcəli məsələdir. Mən çox şadam ki, son illər Azərbaycanda bu sahədə aparılan işlər müsbətdir, yeni xəstəxanalar, tibb məntəqələri açılır. İnsanların sağlamlığı üçün lazımi tədbirlər görülür. Növbəti mərhələlərdə biz diaqnostika məsələlərinə daha çox diqqət verməliyik, xəstəliklərin profilaktikası ilə məşğul olmalıyıq və beynəlxalq təcrübəni maksimum dərəcədə tətbiq etməliyik.

O ki qaldı xəstəxanaların tikintisinə, mən hesab edirəm ki, biz indi ən inkişaf etmiş ölkələrdən geri qalmırıq. Bizdə yaradılan gözəl şərait inkişaf etmiş ölkələrdəki şəraitə uyğundur, bəzi hallarda onları üstələyir. Avadanlıqla təchizat məsələlərinə də böyük diqqət göstərilir. Ən müasir avadanlıq – diaqnostika cihazları gətirilir. Ümid edirəm ki, biz növbəti illərdə daha çox həkimlərin peşəkarlığına diqqət göstərməliyik. Bu məqsədlə həkimlər daim öz təcrübəsini genişləndirməlidirlər. Bu məqsədlə əlbəttə ki, beynəlxalq əlaqələr də vacib məsələdir.

Beynəlxalq səhiyyə təşkilatları Azərbaycanda gedən islahatlara çox yüksək qiymət verirlər. Bir neçə ay bundan əvvəl Bakıda keçirilmiş Dünya Səhiyyə Təşkilatı Avropa Komitəsinin iclasında Azərbaycanda bu məsələlərə göstərilən diqqət yüksək qiymətləndirilmişdir. Əlbəttə ki, bu, gördüyümüz işlərin nəticəsidir və bu qiymət bizi daha da ruhlandırır. Çünki Dünya Səhiyyə Təşkilatı dünya miqyasında bütün səhiyyə məsələləri ilə məşğul olur. İnsanların sağlamlığı üçün bütün lazımi amillər - əlbəttə, tibbi xidmət və bununla bərabər qeyd etdiyim kimi, diaqnostika, profilaktika, maarifləndirmə diqqət mərkəzində olmalıdır. İndi belə gözəl şərait olduğu halda hər bir vətəndaş gərək vaxtlı-vaxtında diaqnostikadan, müayinədən keçsin.

İnsanların sağlamlığı üçün lazım olan digər məsələlər də həll olunur. İçməli su insan sağlamlığı üçün bir nömrəli məsələdir, indi həll olunur. Ekologiya ilə bağlı olan vəziyyət, təmiz hava, keyfiyyətli qida. Biz bütün bu məsələlərə diqqət veririk, dünya miqyasında inkişaf etmiş ölkələrin təcrübəsini də öyrənirik və tətbiq edirik. Bu xəstəxana Dünya Bankı ilə birgə icra edilmiş layihədir və burada bütün standartlar dünya səviyyəsindədir.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Mən çox şadam ki, Ağdaşda belə gözəl xəstəxana artıq istismara verilir. Bu, Ağdaşa mənim Prezident kimi üçüncü səfərimdir. Mən rayonda gedən dəyişiklikləri görürəm, qiymətləndirirəm. Çox şadam ki, burada işlər yaxşı gedir. Ağdaşın gələcək inkişafı üçün də əlavə tədbirlər görüləcək, əlavə vəsait ayrılacaq ki, rayon daha da gözəl, daha da yaxşı olsun. Bir daha Sizi təbrik edirəm.

X X X

Uşaq poliklinikasının baş həkimi Gülər MƏMMƏDOVA dövlətimizin başçısına Ağdaş rayonunda və ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirərək dedi:

- Hələ ötən il rayonumuzda olan zaman Siz bu mərkəzi rayon xəstəxanasının təməlini qoymuşdunuz. Bu gün isə fərəhli və sevincli bir günümüzdür ki, xəstəxananın tikintisi artıq başa çatmışdır.

Cənab Prezidentimiz!

Siz hər zaman çıxışlarınızda belə söyləyirsiniz: “Sağlam və savadlı nəsil bizim millətimizin gələcəyidir, Azərbaycanın sabahıdır”. Bu gün elə Sizin uğurla həyata keçirdiyiniz Heydər Əliyev siyasətinin kökündə də məhz insan amili, gəncliyimizin sağlam və savadlı böyüməsi kimi bir məqsəd durur.

Bu gün bütün Azərbaycan xalqı, o cümlədən də biz ağdaşlılar yaxşı görür, qiymətləndirir və fəxr edirik ki, Siz və xanımınız, respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva məktəb və uşaq bağçalarının, idman və sağlamlıq mərkəzlərinin tikilməsi üçün çox böyük zəhmət çəkirsiniz. Bunun ən gözəl nəticəsidir ki, bu gün Azərbaycanımızda səhiyyəmiz çox sürətlə inkişaf edir.

Gülər Məmmədova bildirdi ki, bu gün ən müasir və yüksək standartlara uyğun avadanlıqla təchiz edilmiş xəstəxananın istifadəyə verilməsi ağdaşlılara gözəl hədiyyədir. Dövlətimizin başçısına bütün ağdaşlılar adından dərin minnətdarlığını çatdıran G.Məmmədova bu gün bütün ölkəmizdə olduğu kimi, Ağdaşın da sürətli inkişaf dövrünü yaşadığını vurğulayaraq dedi:

- Azərbaycanın bütün regionlarında olduğu kimi, Ağdaşımız da çox sürətlə inkişaf edir, gündən-günə yenilənir. Ağdaşımızda müasir sosial obyektlər və səhiyyə ocaqları tikilir. Ağdaş gündən-günə gözəlləşir. Gözəl parklar salınır, yollar, su və qaz xətləri çəkilir. Bir sözlə, Azərbaycanımızda olduğu kimi, Ağdaş əhalisinin də həyat səviyyəsi yüksəlib.

X X X

Sonda xatirə şəkli çəkdirildi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35