Gerb

02 iyul 2010, 11:28

Çox hörmətli Prezidentimiz cənab İlham Əliyev.

Azərbaycanın adi bir vətəndaşı olaraq, Sizə minnətdarlıq məktubu yazmağı özümə borc bildim.

Mən Şeyxkərimli Nazim-Dayaq Hikmət oğlu 2009-cu ildə Bakı Avropa Liseyini fərqlənmə attestatı ilə bitirmişəm. Arzum həkim olmaq idi. Təhsilimi davam etdirmək məqsədi ilə bilik və bacarığımı respublikamızdan kənarda, xarici ölkələrin universitetlərində sınamağı qərara aldım. Qəbul olduğum universitetin təhsil haqqı ailə büdcəmizə uyğun olmadığına görə 2009-cu ildə təhsilimi davam etdirə bilmədim.

Bu il – 2010-cu ildə yenidən bilik və bacarığımı xarici ölkələrin müxtəlif universitetlərində sınadım. Nəticədə, Amerika Birləşmiş Ştatlarının Vaşinqton, Nyu-York və Keyz Vestern universitetlərinə, o cümlədən Kanadanın Ottava, Vaterlo, Britiş Kolumbiya və Toronto universitetlərinə qəbul olundum.

Hörmətli cənab Prezident, Sizin sərəncamınızla təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almaq məqsədi ilə Təhsil Nazirliyinə müraciət etmişdim. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müvafiq qərarı ilə mənim Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq hüququ qazanmağım barədə Təhsil Nazirliyinin 2010-cu il 23 iyun tarixli məktubunu aldım.

Dövlətimin mənə göstərdiyi qayğı və köməyə görə bu işdə əməyi olan hər bir kəsə, şəxsən Sizə sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm.

Çalışacağam ki, dövlətimin mənə göstərdiyi etibar və etimadı öz bilik və bacarığımla doğruldum, Dövlət Proqramı çərçivəsində təhsilimi uğurla bitirdikdən sonra doğma Vətənə qayıdıb dövlətçiliyimizə sadiq şəkildə əmək fəaliyyətinə başlayaraq Azərbaycanın inkişafı və tərəqqisi naminə əlimdən gələni əsirgəməyim.

Bir daha çox sağ olun, var olun!

Hörmətlə,

Şeyxkərimli Nazim-Dayaq

Azərbaycan Respublikası, Bakı şəhəri.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR