|
30 oktyabr 2011, 14:10
İlham Əliyev Ucarda şahmat məktəbinin açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Ucar rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak etmişdir. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, şahmat kompozisiyası formasında tikilmiş bu tədris ocağının ümumi sahəsi 820 kvadratmetrdir. Şahmat məktəbinin ərazisində yaşıllıqlar salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Birmərtəbəli məktəbdə beş tədris, bir kompyuter otağı və xidməti otaqlar vardır. Məktəbin oyun zalının sahəsi 210 kvadratmetrdir. Azərbaycan Prezidentinə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir üslubda inşa olunan bu tədris binası bir növ şahmat fiqurlarına bənzədilmişdir. Binanın girişi piyada, ətrafı top, mərkəzi hissəsi isə şah fiqurları formasındadır. Buradakı tədris otaqları məktəblilərin şahmatın sirlərinə yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Elektron biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılmışdır. Qeyd edildi ki, müasir havalandırma sistemi ilə təchiz olunmuş şahmat məktəbinin oyun zalında ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin şahmata və şahmatçılara diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Zalda eyni vaxtda 140 şagird şahmat oynaya bilər. Burada oyunların canlı izlənilməsi üçün xüsusi monitor quraşdırılmışdır. Bildirildi ki, Ucar şahmatçıları Azərbaycan şahmatının inkişafına töhfələrini verirlər. Yeni şahmat məktəbi ucarlı şahmatçıların daha böyük nailiyyətlər əldə etmələrinə imkan yaradacaqdır. Dövlət başçısı şahmat üzrə Avropa çempionu, bu ilin aprelində Polşada keçirilən dünya çempionatında 14 yaşlılar arasında ən yüksək nəticə göstərərək dünya çempionu adını qazanmış ucarlı Xatın Bağırova ilə görüşdü. Prezident İlham Əliyev məktəbin kollektivinə uğurlar arzuladı. ![]() 30 oktyabr 2011, 14:00
İlham Əliyev Ucarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.