|
30 oktyabr 2011, 16:30
İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Ucar şəhər uşaq xəstəxanasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir. Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, 1990-cı ildə inşa olunan uşaq xəstəxanası son illər yararsız hala düşdüyündən 2010-cu ilin avqustunda burada əsaslı yenidənqurma işlərinə başlanmışdır. Üçmərtəbəli xəstəxana binasının həyətində yaşıllaşdırma işləri görülmüş, dekorativ ağaclar və gül kolları əkilmişdir. Xəstəxanaya gedən yola asfalt örtüyü döşənmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Xəstəxana binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ümummilli liderin və Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılmışdır. Bildirildi ki, xəstəxananın birinci mərtəbəsində konfrans zalı, qəbul və poliklinika şöbələri, ikinci mərtəbədə isə 10 çarpayılıq cərrahiyyə şöbəsi, bir, iki və üç nəfərlik palatalar və bir əməliyyat otağı vardır. Üçüncü mərtəbədə isə 4 çarpayılıq reanimasiya və 20 çarpayılıq pediatriya şöbələri fəaliyyət göstərəcəkdir. Xəstəxana müasir standartlara cavab verən müayinə və müalicə avadanlığı ilə təchiz olunmuşdur. Qeyd edildi ki, 44 çarpayılıq uşaq xəstəxanasında 90 nəfərədək tibbi heyətin işləməsi nəzərdə tutulmuşdur. əstəxananın birinci mərtəbəsində yerləşən 40 nəfərlik konfrans zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Xəstəxanaya müraciət edən xəstələrin hərtərəfli müayinəsi və müalicəsi üçün burada ayrıca poliklinika da vardır. X X X Sonra Prezident İlham Əliyev Ucar mərkəzi rayon xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilmiş poliklinikasında oldu. Məlumat verildi ki, ikimərtəbəli poliklinika binası hazırda inşası davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının bir hissəsi olmaqla tam şəkildə yenidən qurulmuşdur. Birinci mərtəbədə laboratoriya, ginekologiya, dəri-zöhrəvi kabinələri, texniki otaqlar vardır. Sahə həkimləri də burada fəaliyyət göstərəcəklər. Poliklinikanın ikinci mərtəbəsində sarğı otağı, fizioterapiya, ultrasəs müayinəsi, rentgen, laboratoriya, elektrokardioqrafiya, elektroensofoloqrafiya, stomatologiya və oftalmologiya kabinələri də vardır. X X X Daha sonra Prezident İlham Əliyev tikintisi davam etdirilən Ucar mərkəzi rayon xəstəxanasının baş planı ilə tanış oldu. Xəstəxananın əvvəlki binasının fotoşəkillərinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 1970-ci ildə inşa olunmuş köhnə bina indiyədək təmir olunmadığından yararsız hala düşmüşdü. Yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılmışdır. Bu ərazinin 1,2 hektarında ikimərtəbəli 4 korpusdan ibarət kompleks tikiləcəkdir. Xəstəxananın ərazisində təcili tibbi yardım üçün də ayrıca bina inşa olunmuşdur. Bundan əlavə, rayon patoloji anatomiya və ekspertiza şöbəsinin, o cümlədən uşaq xəstəxanasının da mərkəzi rayon xəstəxanasının yaxınlığında yerləşməsi vətəndaşlara daha yaxşı və keyfiyyətli tibbi xidmətin göstərilməsinə imkan verəcəkdir. Burada ümumilikdə 350 nəfərlik tibbi heyət çalışacaqdır. Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi. ![]() 30 oktyabr 2011, 15:00
İlham Əliyev Ucarda su-kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir
more...
30 oktyabr 2011, 18:00
İlham Əliyev Ağsu Regional Qaz İstismar Sahəsinin açılışında iştirak etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.