Gerb

30 oktyabr 2011, 18:00
W1siziisijiwmtuvmdyvmtuvmzu4n2s5dnqym184nzg5lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=58415ebb9d2e9d18

Prezident İlham Əliyev Ağsu Regional Qaz İstismar Sahəsinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Ağsuda Regional Qaz İstismar Sahəsi üçün yeni inzibati binanın tikintisi ətraf rayonların da qazlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai–siyasi fəaliyyətlərinə həsr olunmuş fotoguşə yaradılmışdır. Binanın bütün otaqlarında müasir mebel və kompyuter avadanlığı quraşdırılmışdır.

Azərbaycan Prezidentinə Ağsu rayonunun qazlaşdırılması sxemi təqdim olundu. Bildirildi ki, rayonun yaşayış məntəqələrinə bir-birinin ardınca təbii qazın verilişi bərpa olunur və yaxud da yeni xətlər çəkilir. İndiyədək rayon üzrə 1847 abonentin mexaniki sayğacı “smart kart” tipli sayğacla əvəz olunmuşdur.

Dövlətimizin başçısına təqdim olunan digər stend isə regional sahənin fəaliyyəti ilə bağlı idi. Məlumat verildi ki, indiyədək Ucarda 5 min 191, Ağdaşda 12 min 683, Kürdəmirdə 9 min 453, Göyçayda 9 min 547 abonent təbii yanacaqla təmin olunmuşdur.

Prezident İlham Əliyev bu prosesin daha sürətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.

Sonra dövlətimizin başçısı binanın ikinci mərtəbəsində konfrans zalı və iş otaqlarında yaradılmış şəraitlə tanış oldu.


Böyük ölçüdə