|
01 noyabr 2011, 12:20
İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur
Prezident İlham Əliyev Azərbaycan Dövlət Mahnı Teatrının binasının əsaslı bərpa və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Dövlət başçısına məlumat verildi ki, teatrın binasında bərpa və yenidənqurma işlərinə 2010-cu ilin sentyabrından başlanmışdır. Ötən müddətdə binanın fasadı, foyesi əsaslı təmir olunmuş, qapı-pəncərələr, oturacaqlar yenilənmiş, xidməti otaqlar, zal, səhnə yenidən qurulmuşdur. Teatrın işıq qurğuları İtaliya, səs avadanlığı isə ABŞ istehsalıdır. Burada ən müasir havalandırma sistemi qurulmuşdur. Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə dünya şöhrətli korifey sənətkarımız Rəşid Behbudovun təşəbbüsü ilə yaradılmışdır. Teatrın kollektivi 1988-ci ildən indiki binada fəaliyyət göstərir. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.