İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul etmişdir

03 noyabr 2011, 14:00
İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul etmişdir

Prezident İlham Əliyev  Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Alamı qəbul etmişdir.

Əsəd Alam Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və ötən dövr ərzində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi. Əsəd Alam təmsil etdiyi qurumun Azərbaycan ilə uğurlu əməkdaşlığından məmnunluğunu bildirdi.
Dünya Bankının Azərbaycan ilə əməkdaşlığını yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcəkdə də ümumi maraq doğuran layihələrə dəstək veriləcəyini bildirdi.

Görüşdə 2011-ci ildə ölkəmizin qeyri-neft sektorunun sürətlə inkişaf etdiyi vurğulandı, Azərbaycanda həyata keçirilən birgə layihələrin önəmi qeyd olundu, sosial infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Dünya Bankının vitse-prezidenti Filip Le Uerunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Dünya Bankının vitse-prezidentinə çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04