|
04 noyabr 2011, 13:00
Fuad İsrəfilovdan, Ucar, Azərbaycan
Möhtərəm cənab Prezident! Sizi kollektivimiz adından səmimi qəlbdən salamlayır, Sizə yeni-yeni uğurlar arzulayıram. Biz - Ucar rayonunun təhsil işçiləri daim Sizin qayğınızı öz üzərimizdə hiss edir və Sizə minnətdarlıq edirik. Oktyabr ayının 30-da rayonumuza səfəriniz hər birimizdə dərin təəssürat yaratmışdır. Açılışında içtirak etdiyiniz Heydər Əliyev mərkəzi, rayon şahmat məktəbi, rayon uşaq xəstəxanası və poliklinika binaları Sizin rayonumuza yeni töhfənizdir. Rayon ictimaiyyəti ilə görüşdə əməyimizə verdiyiniz yüksək qiymət və qarşımıza qoyduğunuz vəzifələr bizi daha yaxşı işləməyə, qurub yaratmağa səsləyir. Rayonumuzun inkişafı məqsədilə 2 milyon manat vəsait ayrılması üçün verdiyiniz 1 noyabr 2011-ci il tarixli Sərəncam bir daha sübut edir ki, respublikamızın bütün regionları kimi Ucar rayonunun da inkişafı, tərəqqisi Sizi daim maraqlandıran məsələdir. Bütün bunlara görə rayonumuzun təhsil işçiləri adından Sizə səmimi minnətdarlığımı bildirir və respublikamızın daha da inkişaf etməsi naminə gördüyünüz işlərdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.