Gerb

05 iyul 2010, 12:40
574

Prezident İlham Əliyev İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Seyid Məhəmməd Hüseyni İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırmışdır.

Görüşdə Azərbaycan ilə İran arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulanmış və bildirilmişdir ki, bu uğurlu əməkdaşlığın mənbəyi məhz xalqlar arasındakı dostluq və qardaşlıq əlaqələridir. Bu işdə mədəniyyətlə bağlı məsələlər xüsusi rol oynayır. Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün vacib məsələ olduğu qeyd edilmişdir.

Dövlət başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirmiş, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etmişdir. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR