Gerb

05 noyabr 2011, 13:30

Hörmətli cənab Prezident!

Son illərdə ölkənin hər yerində olduğu kimi Ağsu rayonun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, geniş abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Ağsuluların problemlərinin qısa müddətdə həll edilməsi və abadlıq-quruculuq işlərinin yerinə yetirilməsi, mühüm infrastruktur layihələrinin həyata keçirilməsi üçün Ağsu Rayon İcra Hakimiyyətinə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılması barədə 1 noyabr 2011-ci il tarixli Sərəncamınız bizə olan etibarınızın bariz nümunəsidir. 2011-ci il oktyabrın 30-da rayonumuza səfəriniz zamanı Ağsuda görülmüş işlərə verdiyiniz qiymətə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün əlavə vəsait ayırdığınıza görə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Zahidov Abbas Lətif oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu, Qiyaslı kəndi.