|
05 noyabr 2011, 13:40
Ağdaş rayon ağsaqqallarından, Ağdaş, Azərbaycan
Möhtərəm cənab Prezident! Bu gün respublikamız Sizin rəhbərliyiniz altında hər bir azərbaycanlının fəxr edə biləcəyi bir məkana çevrilmişdir. İş qrafikinizin gərgin olmasına baxmayaraq Siz vaxt tapıb respublikamızın rayonlarını, qəsəbə və kəndlərini gəzir, yerli sakinləri narahat edən məsələlərin həlli üçün müvafiq tapşırıqlar verirsiniz. Siz Ağdaş rayonuna qısa vaxt ərzində üç dəfə səfər etmisiniz, bu da ağdaşlılara münasibətinizin qayğı və diqqətinizin təcəssümüdür. Bunu bizim hamımız ağsaqqaldan cavanadək çox gözəl başa düşür və yüksək qiymətləndiririk. Sizin hər səfəriniz ağsaqqallar üçün toy-büsat olmaqla yanaşı rayonumuzun sosial-iqtisadi simasına konkret töhfələr vermişdir. Sizin hər gəlişinizdən sonra rayonumuz daha da gözəlləşmiş, yeni təhsil və səhiyyə obyektləri tikilmiş, əsaslı təmir olunmuş rayonumuza olduqca böyük gözəllik bəxş edən Heydər parkı yenidən qurulmuş, Heydər Əliyev Muzeyi genişləndirilərək mərkəzə çevrilmiş, Bayraq meydanı yaradılmışdır. Rayonun magistral yollarına, şəhərin küçələrinə yeni asfalt salınmış, Heydər xiyabanı yenidən qurulmuş, Heydər Əliyev prospekti öz görkəmini tamamilə dəyişmişdir. Ağdaşa son səfəriniz zamanı Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş musiqi məktəbinin açılışı olmuş, müasir Olimpiya kompleksi qapılarını idman həvəskarlarının üzünə açmış, altı korpusdan ibarət üçmərtəbəli yüz çarpayılıq Mərkəzi Rayon Xəstəxanası sakinlərin istifadəsinə verilmiş, regional elektrik yarımstansiyasının təməli qoyulmuşdur. Cənab Prezident! Ağdaş rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi, onlara fəxri adların verilməsi haqqında 12 yanvar 2011-ci il və 1 noyabr 2011-ci il tarixli sərəncamlarınızı Sizin biz ağdaşlılara göstərdiyiniz qayğının növbəti təzahürü kimi qəbul edir və bununla qürur duyuruq. Möhtərəm Prezident! Biz Sizinlə fəxr edirik. Sevinirik ki, bugünkü Azərbaycanımızın Heydər Əliyev kimi ulu öndəri, Sizin kimi Prezidenti, Mehriban xanım kimi qayğıkeş birinci xanımı vardır. Sizinlə qürur duyuruq, sevinirik və Sizə cansağlığı, doğma Azərbaycanımıza müvəffəqiyyətlər arzulayırıq! Ağdaşlı ağsaqqallar adından Sizi əmin edirik ki, ağdaşlılar Sizinlədir, Sizə minnətdardır, Sizə arxadır! Dərin hörmətlə,
Ağdaş rayon müharibə, əmək və silahlı qüvvələr veteranları şurasının sədri Miralı Əliyev AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.