|
14 noyabr 2011, 18:00
Georgi Pırvanovun və İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir
Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimindən sonra Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir. Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi: -Hörmətli cənab Prezident! Mən bir daha Sizi səmimiyyətlə salamlayıram. Bu gün Bolqarıstan-Azərbaycan münasibətlərinin tarixində çox əlamətdar bir gündür. Siz ölkəmizdə rəsmi səfərdəsiniz və çox vacib sənədlər imzalanmışdır. Bir dost kimi bu əlamətdar gündə Sizin Bolqarıstana rəhbərlik etdiyiniz dövrdə gördüyünüz işlərlə bağlı bir neçə kəlmə demək istərdim. Siz on ildir ki, Bolqarıstana rəhbərlik edirsiniz. Sizin rəhbərliyiniz altında ölkəniz böyük və uğurlu yol keçmişdir. Ölkənizdə aparılan siyasi və iqtisadi islahatlar Bolqarıstanın inkişafını şərtləndirən amillər olmuşdur. Bu illər ərzində Sizin ölkəniz həm NATO-ya, həm Avropa İttifaqına üzv olmuşdur. Hesab edirəm ki, ölkəniz üçün bu, tarixi nailiyyətlərdir. Bolqarıstan dünyada çox etibarlı dost və tərəfdaş ölkə kimi tanınır. Siz də dövlət xadimi kimi, dünyada çox böyük nüfuza maliksiniz. Qeyd etməliyəm ki, bu illər ərzində bizim ikitərəfli münasibətlərimiz də çox uğurla inkişaf etmişdir. Biz Sizinlə demək olar ki, hər il görüşürük və şəxsi dostluq əlaqələrimiz ikitərəfli əlaqələrin inkişafına da müsbət təsir göstərir. Son illər ərzində münasibətlərimiz, yəni, Bolqarıstan-Azərbaycan münasibətləri çox yüksək səviyyəyə qalxmışdır. Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyiniz xidmətlərə və verdiyiniz töhfəyə görə Siz Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilirsiniz. İcazə verin, bu yüksək mükafatı Sizə təqdim edim. Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Bolqarıstan Prezidenti Georgi Pırvanova təqdim etdi. X X X Prezident Georgi PIRVANOV minnətdarlığını bildirərək dedi: -Hörmətli cənab Prezident! Hörmətli nazirlər, xanımlar və cənablar. Apardığım fəaliyyətə və göstərdiyim xidmətlərə verdiyiniz belə bir yüksək qiymətə görə Sizə təşəkkürümü bildirirəm. Bəli, bu, həqiqətdir ki, iki xalqın arasında tarixən ənənəvi dostluq münasibətləri mövcud olubdur. Lakin qeyd etmək istəyirik ki, son on il ərzində ikitərəfli əlaqələrimiz ən yüksək səviyyəyə qalxıb. Mən bu ali mükafatı böyük minnətdarlıq hissi ilə qəbul edirəm, eyni zamanda, mənə verilən bu ordeni mən, həmçinin Bolqarıstan Respublikasının, bolqar xalqının keçdiyi şanlı yola və bizim son illər ərzində apardığımız gərgin fəaliyyətin nəticəsinə verilən qiymət kimi qəbul edirəm. Digər tərəfdən, hörmətli cənab Prezident, biz Sizin də bu istiqamətdə göstərdiyiniz səyləri, Azərbaycanın rəhbəri kimi apardığınız fəaliyyəti də yüksək dəyərləndiririk. Mən Azərbaycana tez-tez səfər edirəm, Siz də Bolqarıstana dəfələrlə səfər etmisiniz. Hər dəfə gələndə görürəm ki, ölkənizdə dəyişikliklər baş verib. Mən görürəm ki, müasir Azərbaycan necə inkişaf edir. Mən deyərdim bu inkişaf illərlə deyil, hətta saatlarla baş verir. Qeyd etmək istəyirik ki, şəxsən mən və Bolqarıstanın bir çox qurumları Sizin Avropa miqyasında qazandığınız nüfuzu bilirik, bunu alqışlayırıq və eyni zamanda, ölkənizin Avropa təsisatlarına daha da yaxınlaşması istiqamətində göstərdiyiniz səyləri olduqca mühüm hesab edirik. Burada şəxsən Sizin qarşınızda bəyan etmək istəyirəm ki, Bolqarıstanda mövcud olan bütün təsisatlar, Bolqarıstan cəmiyyəti Sizi bolqar xalqının ən yaxın dostu hesab edir. İndi isə mən Sizin apardığınız fəaliyyətə minnətdarlıq əlaməti olaraq Bolqarıstanın ali mükafatını - “Stara Planina” ordenini Sizə təqdim edirəm. Cənab Prezident, Sizi təbrik edirik. Prezident Georgi Pırvanov Bolqarıstan Respublikasının ən ali mükafatını - “Stara Planina” ordenini dövlətimizin başçısına təqdim etdi. X X X Prezident İlham ƏLİYEV minnətdarlığını bildirərək dedi: -Çox sağ olun, hörmətli cənab Prezident! Bu yüksək mükafata görə Sizə minnətdaram. Bolqarıstan dövlətinin yüksək mükafatını almaq mənim üçün böyük şərəfdir. Siz də qeyd etdiyiniz kimi, biz Bolqarıstana, bolqar xalqına böyük rəğbətlə yanaşırıq. Bolqarıstan bizim üçün dost ölkədir, yaxın ölkədir. Mən çalışacağam ki, bundan sonra da Bolqarıstan-Azərbaycan əlaqələrinin inkişafı üçün öz səylərimi əsirgəməyim. Bir daha Sizə minnətdaram. ![]() Böyük ölçüdə 14 noyabr 2011, 18:05
Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.