İlham Əliyev Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir

17 noyabr 2011, 12:00
İlham Əliyev Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Qax rayonunda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdir.

Mərkəzin eskiz layihələri ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzi bir hektara yaxın ərazidə inşa olunacaqdır. Tikinti işlərinin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur. Sahəsi 2 min kvadratmetrə qədər olacaq əsas binada bir böyük konfrans zalı, eksplikasiya salonları, sinif otaqları və mini konfrans zalı da fəaliyyət göstərəcəkdir. Layihəyə əsasən mərkəzin mühəndis-kommunikasiya sistemi də ən müasir standartlara cavab verəcəkdir. Mərkəzin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaqdır.

Qeyd olundu ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə və respublikamızın regionlarına səfərlərini əks etdirən fotoguşə yaradılacaqdır. Burada xarici dil, rəsm dərnəkləri və ən müasir avadanlıqla təchiz edilən xidmət otaqları fəaliyyət göstərəcəkdir. Mərkəzdə şagirdlər Azərbaycan ədəbiyyatını və tarixini dərindən öyrənəcəklər.

Sonra Heydər Əliyev Mərkəzinin təməli qoyuldu.

Prezident İlham Əliyev metal gilizi bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.

Dövlət başçısı mərkəzin tikintisinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo