|
18 noyabr 2011, 12:10
İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak etmişdir
Prezident İlham Əliyev Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Vətən, torpaq uğrunda vuruşmuş, canından keçmiş övladlarımızın xatirəsi daim bizim ürəyimizdədir. Qarabağ böyük yaramızdır. Əminəm ki, ərazi bütövlüyümüz bərpa olunacaq, bütün məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, haqq-ədalət zəfər çalacaqdır. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, Azərbaycan torpağı kimi qalır və qalacaqdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edir, tanıyır. Dünya birliyi isə bizim tərəfimizdədir və Azərbaycana beynəlxalq arenada, beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də göstərilən dəstək, eyni zamanda, bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətimizə və mövqeyimizə verilən dəstəkdir. Biz bunu belə qəbul edirik. Çünki bizim üçün Qarabağdan artıq, ondan vacib həllini gözləyən məsələ yoxdur. Bu tarixi ədalət istənilən yolla bərpa olunmalıdır və olunacaqdır. Danışıqlar yolu ilə həll edilməsə, biz məcbur olub, hərbi yola əl atacağıq. Bu, bizim suveren hüququmuzdur. Heç kim bu hüququ əlimizdən ala bilməz. Beynəlxalq qaydalar da, beynəlxalq hüquq normaları da bu hüququ bizə tanıyır və istənilən anda Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa edə bilər. Sadəcə olaraq, biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə həll edək. Belə imkanlar hələ tükənməyib və gündən-günə güclənən Azərbaycan o tarixi günü yaxınlaşdırır. Hər birimiz öz yerində öz işi, əməyi ilə o günü yaxınlaşdırmalıdır. Bu gün Azərbaycanın imkanları böyük dərəcədə genişlənmişdir. Bizim təsir imkanlarımız artmışdır, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, xaricdə bizə dəstək hədsiz dərəcədədir. Yəni, ölkələrin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir və BMT-dəki son səsvermə də bunu əyani şəkildə göstərmişdir. X X X
Dövlət başçısı yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim etdi. X X X
Qarabağ müharibəsi əlili Maarif NURİYEV onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirərək dedi: X X X Sonra xatirə şəkli çəkdirildi. X X X Prezident İlham Əliyev əlillərə təqdim olunan “Lifan” markalı avtomobillərə baxdı. Məlumat verildi ki, 1998-ci ildən 2009-cu ilədək Qarabağ müharibəsi əlillərinə 2114 “Oka” markalı minik avtomobili təqdim edilmişdir. Ötən il bu sahədə irəliləyişə nail olunmuş, keyfiyyəti və rahatlığı ilə seçilən 500 “Slavuta” markalı avtomobil respublikamıza gətirilmişdir. 2011-ci ildə isə 304 “Lifan” markalı avtomobilin bu qəbildən olan insanlara verilməsi nəzərdə tutulmuşdur. ![]() Böyük ölçüdə 18 noyabr 2011, 12:15
İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak etmişdir
more...
18 noyabr 2011, 18:00
İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri başa çatmışdır
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.