|
18 noyabr 2011, 17:45
İlham Əliyev “Qəbələ” Futbol Klubunun stadion və təlim-məşq bazası kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdur
Prezident İlham Əliyev “Qəbələ” Futbol Klubunun stadion və təlim-məşq bazası kompleksində aparılan tikinti işləri ilə tanış olmuşdur. Azərbaycan Prezidenti kompleksin planını və burada görülən işləri əks etdirən stendlərə baxdı. Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, əsas stadionun, məşq bazasının və Qəbələ Futbol Akademiyasının inzibati binasının tikintisi kompleks şəkildə aparılır. Bunun üçün 7 hektar torpaq sahəsi ayrılmışdır. Klubun 15 min yerlik əsas stadionunun tikintisi ən yüksək standartlara uyğun aparılacaqdır. Hazırda klub ev oyunlarını 4 min tamaşaçı yeri olan stadionda keçirir. Tikiləcək əsas stadion ilə yanaşı, kompleksdə əlavə 6 stadion da fəaliyyət göstərəcəkdir. Beşi təbii, biri isə süni örtüklü olan stadionlardan dördü artıq istifadəyə verilmişdir. Prezident İlham Əliyevə Qəbələ Futbol Akademiyasının yeni binasında aparılan tikinti işləri barədə də məlumat verildi. Qeyd olundu ki, ilyarım ərzində istifadəyə verilməsi nəzərdə tutulan akademiyanın daxilində təbii və süni örtüklü meydançalar, yeməkxana, istirahət otağı və digər yardımçı obyektlər fəaliyyət göstərəcəkdir. İnşaat işləri ilə paralel olaraq “Qəbələ” klubunun uşaq futbol bölmələrinə seçimlər də aparılmışdır. Hazırda akademiyada 200-dək uşaq təlim keçir. Hələlik seçimlər Qəbələ rayonunu, gələcəkdə isə bütün bölgələri əhatə edəcəkdir. Dövlət başçısı inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tövsiyə və tapşırıqlarını verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.