Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

21 noyabr 2011, 19:50

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Ələkbərov Malik Qulu oğlu – Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi

Qurbanov Faiq Mirəsədulla oğlu – İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

Muradov Aslan Nüsrət oğlu – Maliyyə və təminat idarəsinin rəisi

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2011-ci il.