Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Albaniya Respublikasının Prezidenti Zati-aliləri cənab Bamir Topiyə

Text size Plus Minus

26 noyabr 2011, 14:50

Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı – Bayraq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Albaniya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 14 noyabr 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi