Gerb

28 noyabr 2011, 15:00
9460

Prezident İlham Əliyev Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul etmişdir.

Tbilisi şəhərinin meri Qiqi Uqulava Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfəri zamanı Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizdə, o cümlədən paytaxtımızda abadlıq və quruculuq işlərinə, eyni zamanda, tarixi binaların əvvəlki görkəmini qoruyub saxlamaqla əsaslı şəkildə bərpa olunmasına böyük önəm verildiyini qeyd etdi.

Dövlət başçısı Prezident Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş etdi. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR