|
16 noyabr 2011, 16:40
Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında İlham Əliyevin nitqi
-Xoş gördük, çox gözəl parkdır. Keçən dəfə Oğuzda olarkən parkın layihəsi ilə tanış olmuşdum. İndi isə park artıq hazırdır, gözəl şərait yaradılıb, Oğuza gözəllik verir. Ümumiyyətlə, rayonun bu hissəsi son illər ərzində böyük dərəcədə abadlaşıbdır. Yadınızdadır ki, burada bir dənə də olsun bina yox idi. Birinci xəstəxana, sonra Olimpiya İdman Kompleksi, ondan sonra park tikildi. Beləliklə, Oğuzun giriş hissəsi böyük dərəcədə dəyişdi, abadlaşdı, gözəlləşdi. Bu, çox sevindirici haldır. Hər bir bölgədə olduğu kimi, Oğuzda da inkişaf var və bütün məsələlər öz həllini tapır. Həm sosial məsələlər, həm iqtisadi məsələlər. X X X İyirmi illik dövr hər bir dövlət üçün bir mərhələdir. Azərbaycan da başqa müttəfiq respublikalar kimi 20 il bundan əvvəl müstəqilliyə qovuşdu. Əlbəttə, bu 20 il ərzində görülən işlər bir də onu göstərir ki, biz tarixi imkandan, tarixi şansdan çox böyük uğurla, böyük məharətlə istifadə etdik. Xalqımız əsrlər boyu müstəqillik arzuları ilə yaşamışdır. Ancaq müstəqil dövlət deyildik. İyirmi il ərzində bütün dünyaya sübut etdik ki, müstəqil dövlət kimi yaşaya, inkişaf edə və dünyada böyük hörmətə layiq ola bilərik. Ölkə daxilində gedən proseslər göz qabağındadır. Hər bir bölgədə, o cümlədən bu bölgədə, bu rayonda görülən işlər də göz qabağındadır. Bu inkişaf hər bir bölgədə özünü büruzə verir. Daxili siyasətin əsas mahiyyəti və məqsədi ondan ibarətdir ki, ölkə vətəndaşları daha da yaxşı yaşasınlar, daha da yaxşı şərait yaradılsın. Sosial məsələlər daha da uğurla həll olunsun. Əmək haqları, pensiyalar artsın. Şəhərlər gözəlləşsin və müasir tələblərə cavab versin. İndi Azərbaycanda bunu görməmək mümkün deyildir. O ki qaldı xarici siyasətə, bu sahədə əldə edilən uğurlar da hansısa bir nəticə ilə özünü göstərməlidir. Biz dəfələrlə demişik, mən bir daha demək istəyirəm və həyat da dediklərimi bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti daxili siyasətin davamıdır. Bu siyasət Azərbaycan xalqının maraqlarını təmin etmək üçün aparılır. Bu siyasət müstəqil siyasətdir. Biz sübut edə bilmişik ki, müstəqil dövlət kimi öz siyasətimizi aparacağıq. Bu siyasət, bir daha demək istəyirəm ki, heç kimə qarşı deyildir. Bu siyasət ancaq əməkdaşlığı genişləndirmək, dostların sayını artırmaq, bir də demək istəyirəm ki, milli maraqlarımızı maksimum dərəcədə müdafiə etmək üçün aparılır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçkilər dünya birliyinin Azərbaycana olan hörmətini və inamını göstərdi. 155 ölkə Azərbaycanı dəstəkləyib. Bu, böyük amildir. BMT-də 200-dən bir qədər az ölkə vardır və onların 155-i bizimlədir, bizə inanır. Özü də bilirsiniz ki, bu səsvermə o qədər də rahat getmirdi, rəqabət çox güclü idi. On yeddi turdan sonra Azərbaycan qələbə qazandı. Özü də birinci turdan sonuncu turlara qədər daim biz böyük fərqlə qabaqdaydıq. Bu, doğrudan da 20 ilin məntiqi nəticəsidir, yekunudur və görünən nəticəsidir. Əslində nəticələr daha da çoxdur: bölgədə mövqeyimizin möhkəmlənməsi, tərəfdaşlarımızın sayının artması, Azərbaycanın çevik diplomatiya aparması məsələləri, - onlar mütəmadi qaydada aparılır. Yəni, bu qələbə bir günün qələbəsi deyildir. Bu qələbəni əldə etmək üçün biz illərlə işləmişik. Həm müttəfiqlərimizin sayını, həm də ölkəmizin imicini, imkanlarını artırmışıq və dünyaya müasir, güclü, öz ənənələrinə sadiq olan ölkə kimi təqdim edə bilmişik. Daxili potensialımız, ölkə daxilində mövcud olan sabitlik və vətəndaş birliyi bizi əlbəttə ki, beynəlxalq məsələlərdə daha da gücləndirir. Əgər daxildə hər hansı bir ciddi problem olsaydı, istər-istəməz bölgədəki mövqeyimiz də zəif ola bilərdi. Bizim bölgədəki mövqeyimizin əsas səbəbi daxili sabitlikdir və xalqla iqtidar arasındakı birlikdir. Bax, budur bugünkü Azərbaycanın reallıqları. İyirmi il böyük dövrdür. Bu dövr ərzində böyük yol keçmişik. Növbəti 20 il ərzində Azərbaycan dünya miqyasında inkişaf etmiş ölkələrin sırasında olmalıdır. Növbəti illər üçün bizim artıq proqramlarımız hazırlanır. 2013-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanır. Onun konsepsiyası indi hazırlanır. Bu məsələ ilə bağlı mənim bir çox fikirlərim, planlarım vardır. Əminəm ki, Azərbaycan bu illər ərzində necə inkişaf edib, bundan sonra daha da sürətlə inkişaf edəcəkdir. Mən sizi bir daha salamlayıram, cansağlığı arzulayıram. Xahiş edirəm ki, mənim salamlarımı bütün oğuzlulara çatdırasınız. Sağ olun. Böyük ölçüdə AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.