Gerb

10 may 2010, 15:19

Hörmətli Dmitri Anatoliyeviç,

Kemerovo vilayətindəki “Raspadskaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 may 2010-cu il.