Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının Bakıda keçirilən X yubiley Nazirlər Konfransının iştirakçıları ilə görüşdə İlham Əliyevin nitqi

23 noyabr 2011, 19:10
Mərkəzi Asiya Ölkələrinin Əməkdaşlıq Proqramının Bakıda keçirilən X yubiley Nazirlər Konfransının iştirakçıları ilə görüşdə İlham Əliyevin nitqi

- Hörmətli qonaqlar, mən sizi Azərbaycanda ürəkdən salamlayıram, ölkəmizə xoş gəlmisiniz.

CAREC-in X yubiley Nazirlər Konfransının Azərbaycanda keçirilməsi böyük hadisədir, ölkəmiz üçün böyük şərəfdir. Bilirsiniz ki, Azərbaycan bu mötəbər beynəlxalq proqram təşkilatının fəal üzvüdür. Azərbaycan proqram çərçivəsində öz üzərinə düşən vəzifələrini icra etməyə çalışır. Əminəm ki, bu proqramın uğurlu inkişafı regional əməkdaşlığın dərinləşməsinə xidmət edəcək, bölgədə sülhün, əmin-amanlığın, rifahın təmin edilməsi işinə çox önəmli töhfə verəcəkdir.

Azərbaycanda son illər ərzində aparılan iqtisadi islahatlar gözəl nəticələr verməkdədir. CAREC-in üç əsas istiqaməti üzrə Azərbaycanda çox ciddi proqramlar icra edilir. Ticarət, nəqliyyat, enerji məsələlərinə ölkəmizdə çox böyük diqqət göstərilir və tərəfimizdən irəli sürülmüş təşəbbüslər, eyni zamanda, regional əməkdaşlığın genişlənməsinə də xidmət göstərir. Son 8 il ərzində Azərbaycanda iqtisadi inkişaf çox yüksək templərlə ölçülürdü, ümumi daxili məhsul üç dəfə, yəni 300 faiz artmışdır. Sənaye istehsalı təxminən üç dəfə artmışdır. Ölkə iqtisadiyyatına 10 milyardlarla dollar sərmayə qoyulmuşdur.

Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və xarici sərmayələrin cəlb edilməsi işində ölkəmiz böyük uğurlar qazanmışdır. Hazırda bu investisiyalar təkcə neft-qaz sektoruna deyil, qeyri-neft sektoruna da qoyulur və bu, bizim indiki siyasətimizdə prioritet təşkil edir. Qeyri-neft sektorunun inkişafı bu il də çox yüksəkdir, təxminən 9 faiz səviyyəsindədir. Əlbəttə, iqtisadi inkişafın nəticəsində insanların maddi vəziyyəti də yaxşılaşmaqdadır. Son 8 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə düşmüşdür. Xarici ticarət dövriyyəmiz də artmaqdadır. CAREC proqramının iştirakçılarının və Azərbaycan hökumətinin fəaliyyəti nəticəsində iqtisadi sahədə əlaqələrimiz ikitərəfli formatda da çox müsbət, uğurla inkişaf edir.

Azərbaycan tərəfindən nəqliyyat sektorunda irəli sürülmüş təşəbbüslər də beynəlxalq xarakter daşıyır. Son illər ərzində ən çox sərmayə bu sektora qoyulmuşdur və uğurlu coğrafi vəziyyətimiz bizə imkan verir ki, Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirək. Bu məqsədlə çox vacib addımlar atılmışdır. Son 7 il ərzində Azərbaycanda beş beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bu hava limanları istənilən ən ağır yük təyyarələrini qəbul edə bilər.

Dəmir yolu nəqliyyatında islahatlar aparılır və yeni dəmir yolu xətləri çəkilir. Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla gedir. Əminəm ki, 2013-cü ilin əvvəlində bu dəmir yolu layihəsi başa çatacaq və beləliklə, biz “Dəmir İpək yolu”nun bərpasını təşkil edəcəyik. Bu layihə bütün CAREC Proqramına üzv olan ölkələr üçün böyük əhəmiyyət daşıyacaqdır. Çünki bu yoldan istifadə etmək həm iqtisadi cəhətdən daha da əlverişli olacaq, eyni zamanda, regional əməkdaşlığımızı da böyük dərəcədə gücləndirəcəkdir.

Hava nəqliyyatı ilə bağlı yeni təyyarələr alınır. Azərbaycanda yük daşımaları üzrə fəaliyyət göstərən transmilli şirkətlər artıq dünyada çox müsbət imicə malikdir.

Dəniz nəqliyyatının inkişafı üçün əlavə tədbirlər görülür. Gəmilər, bərələr, tankerlər alınır. Artıq Azərbaycan bəzi Orta Asiya ölkələri üçün tranzit funksiyalarını icra edir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz ancaq və ancaq artacaqdır. Əlbəttə ki, burada söhbət təbii resursların tranzitindən gedir və qeyri-enerji mənşəli yüklərin Azərbaycan ərazisindən Qərb istiqamətinə çatdırılması üçün əlavə tədbirlər görülür. Xəzər dənizinin ən böyük beynəlxalq ticarət limanı hazırda tikilməkdədir. Bakıda yeni gəmiqayırma zavodu tikilməkdədir. Əlbəttə ki, bu gəmiqayırma zavodunun məhsulları bütün Xəzəryanı ölkələrin sərəncamında olacaq və eyni zamanda, Xəzər dənizi ilə bağlı Xəzəryanı olmayan ölkələrin təşəbbüslərinin icrası üçün də bu gəmiqayırma zavodunun böyük rolu olacaqdır.

Enerji sektoru da CAREC Proqramının tərkib hissəsidir. Bu sahədə də, əlbəttə, biz böyük işlər görmüşük. Azərbaycan qədim neft ölkəsidir. Hazırda Azərbaycan özünü dünyaya qaz ölkəsi kimi təqdim edir. Bizim son bir il ərzində aşkar etdiyimiz qaz ehtiyatları təqribən 600-700 milyard kubmetr səviyyəsindədir. Beləliklə, bizim ümumi təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr səviyyəsindədir. Mən heç şübhə etmirəm ki, gələcəkdə əlavə kəşfiyyat və qazma işlərinin aparılması sayəsində bu həcm ancaq artacaqdır.

Hazırda Azərbaycanı beynəlxalq bazarlarla birləşdirən 7 neft və qaz kəməri vardır. Onların hamısı işlək vəziyyətdədir. Biz neft və qazımızı bütün istiqamətlər üzrə ixrac edirik. Bu sahədə şaxələndirmə məqsədlərimizə tam şəkildə çatmışıq. Hazırda tranzit ölkələrlə, istehlakçılarla və potensial istehlakçılarla danışıqlar aparılır ki, gələcəkdə Azərbaycan zəngin neft-qaz potensialını maksimum dərəcədə işə sala bilsin.

Yeni investisiya layihələri hazırlanır və dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” qaz yatağının ikinci fazasının işlənilməsi ilə bağlı hazırlıq işləri aparılır. Təkcə “Şahdəniz” yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr səviyyəsindədir. Əlbəttə ki, biz indiki mərhələdə enerji səmərəliliyi ilə bağlı əlavə tədbirlər görürük. Alternativ və bərpa olunan enerji növlərinin yaradılması üçün işlər aparılır. Birinci pilot layihə icra edilmişdir. Hibrit külək-günəş elektrik stansiyası fəaliyyətdədir. Günəş batareyalarının istehsalı ilə bağlı işlər gedir. Alternativ və bərpa olunan enerjinin Azərbaycanda istehsalı gələcəkdə daha da böyük həcmlə ölçüləcəkdir. Bu, bizim üçün prioritet məsələdir.

Bilirsiniz, CAREC Proqramının əsas istiqamətləri üzrə Azərbaycanda çox böyük işlər aparılıb. Görülən bütün bu işləri sadalamaq üçün yəqin ki, bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq demək istəyirəm ki, Azərbaycan hər istiqamət üzrə üzərinə düşən vəzifələrini icra etməyə davam edəcəkdir. Biz proqrama üzv olan bütün ölkələrlə çox gözəl ikitərəfli münasibətlərə malikik. Əminəm ki, bu formatda keçirilən və keçiriləcək fikir mübadiləsi əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

Mən çox şadam ki, CAREC Proqramının X yubiley Nazirlər Konfransı Bakıda keçirilir. Əminəm ki, konfransın yaxşı nəticələri olacaqdır və bizə qonaq gəlmiş dostlarımız da öz vətənlərinə xoş təəssüratlarla qayıdacaqlar. Bir daha xoş gəlmisiniz.

SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin.

İlham...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.

İlham...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:33
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

15 aprel 2024, 14:33
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:31
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

15 aprel 2024, 14:31
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:29
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 537 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”...

15 aprel 2024, 14:29
SƏNƏDLƏR Qanunlar 15 aprel 2024
14:27
“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Məişət zorakılığının qarşısının alınması haqqında”...

15 aprel 2024, 14:27