|
05 dekabr 2011, 18:10
Kərimbəyli kənd ağsaqqalları adından Z.Quliyev, Salyan, Azərbaycan
Hörmətli Prezidentimiz İlham Əliyev, Biz ağsaqqallar Sizin rəhbərliyinizlə Azərbaycanda görülən abadlıq və quruculuq işlərinə baxıb çox sevinirik, çünki dünya şöhrətli şəxsiyyət ulu öndərimiz Heydər Əliyevin gerçəkləşdirə bilmədiklərinin hamısını edir, onun arzularını layiqincə yerinə yetirirsiniz. Ona görə də kəndimizin və rayonumuzun bütün ağsaqqalları adından Sizə təşəkkür edir və dönə-dönə sağ ol deyirik. Biz ağsaqqallar çox fəxr edirik ki, ulu öndərimiz Heydər Əliyevin böyük işlərini Sizin kimi geniş dünyagörüşlü və alicənab insan davam etdirir. Biz ağsaqqallar Sizi çox sevirik və bütün işlərinizi dəstəkləyirik. Hörmətli İlham Əliyev, demək olar ki, Azərbaycanın bütün şəhər və rayonları Sizin səyləriniz nəticəsində gündən-günə gözəlləşir. Bu cəhətdən bizim rayonun mərkəzi Salyan şəhəri də tamamilə dəyişib. Bu şəhəri gəzəndə adam gözlərinə inanmır. Axı biz bu şəhərin keçmişini də yaxşı xatırlayırıq. Çox sevinirik ki, bu gün Salyan şəhəri tamamilə dəyişib, ən gözəl şəhərlər sırasına daxil olub.
Hörmətli Prezident İlham Əliyev, bir daha bütün Salyan ağsaqqalları adından Sizə möhkəm cansağlığı, uzun ömür və işlərinizdə yeni-yeni nailiyyətlər arzulayıram. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.