|
05 dekabr 2011, 19:45
İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedevə telefonla zəng etmişdir
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedevə telefonla zəng etmişdir. Dövlət başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə siyahısına Dmitriy Medvedevin başçılıq etdiyi “Yedinnaya Rosiya” partiyasının qələbəsi münasibətilə Rusiya Prezidentini təbrik etmişdir. Rusiya Federasiyasının Prezidenti Dmitriy Medvedev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını bildirmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə etmişlər. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.