|
06 dekabr 2011, 12:00
İlham Əliyev Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng etmişdir
Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş naziri Vladimir Putinə telefonla zəng etmişdir. Dövlət başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə Vladimir Putini başçılıq etdiyi “Yedinaya Rossiya” partiyasının əldə etdiyi qələbə münasibətilə təbrik etmişdir. Rusiya Federasiyasının Baş naziri Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Prezident İlham Əliyev və Baş nazir Vladimir Putin “Yeni Azərbaycan” partiyası ilə “Yedinaya Rossiya” partiyası arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd etmişlər. Telefon söhbəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Baş naziri Vladimir Putin ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulamış və bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildirmişlər. AXTAR:
XƏBƏRLƏR:
20 may 2013, 17:35
İlham Əliyev Bakıdakı Dədə Qorqud parkında həyata keçirilən işlərlə tanış olmuşdur
19 may 2013, 21:30
İlham Əliyev Yunanıstanın Baş naziri Antonis Samaras ilə görüşmüşdür
17 may 2013, 14:00
Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində İlham Əliyevin nitqi
17 may 2013, 13:45
İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində iştirak etmişdir
16 may 2013, 18:40
İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
16 may 2013, 17:50
İlham Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.