İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir

13 dekabr 2011, 22:40

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng etmişdir.

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana cərrahiyyə əməliyyatının uğurla keçməsi ilə əlaqədar xoş arzularını çatdırmış, dost və qardaş Türkiyə xalqının firavanlığı və tərəqqisi naminə dövlətçilik fəaliyyətində bundan sonra da yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulamışdır.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.