Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

İlham Əliyevin Serbiya Prezidenti Boris Tadiç ilə təkbətək görüşü olmuşdur

Text size Plus Minus

13 may 2010, 11:40

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Boris Tadiç ilə təkbətək görüşü olmuşdur.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulandı. İkitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.

Görüşdə Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. İkitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi