|
20 dekabr 2011, 20:00
İlham Əliyev Moskvada Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ilə görüşmüşdür
Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Moskvada Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev ilə görüşmüşdür. Görüşdə dövlətimizin başçısı Almazbek Atambayevi Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi, ona uğurlar arzuladı. Dövlət arasında münasibətlərin yaxşı perspektivlərə malik olduğunu deyən Prezident İlham Əliyev əminliyini bildirdi ki, ölkələrimiz bir-birini daim dəstəkləyəcəkdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gördüyü işləri xatırladan Almazbek Atambayev Prezident İlham Əliyevin ulu öndərin layiqli davamçısı olduğunu dedi, Azərbaycanda, paytaxt Bakıda son 20 ildə böyük dəyişikliklərin baş verdiyini vurğuladı. İqtisadi əməkdaşlığın və humanitar əlaqələrin genişləndirilməsi üçün böyük işlərin həyata keçirilməsi imkanlarından danışan Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini dedi. Dövlət başçısı Qırğızıstan Respublikasının Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.